Nokia Lumia 635 - Toxunuş ekranından istifadə

background image

Toxunuş ekranından istifadə

Telefonunuzun toxunma, sürüşdürmə və ya çəkmə jestlərini kəşf edin.
1. Telefondan istifadə etmək üçün sadəcə olaraq toxunuş ekranına vurun və ya vurub saxlayın.

2. Digər seçimləri açmaq üçün menyu açılana kimi barmağınızı elementin üzərində saxlayın.

Nümunə: Proqramı və ya başqa bir elementi açmaq üçün proqrama və ya elementə

vurun. Təqvim elementini silmək və ya redaktə etmək üçün elementə vurub saxlayın və

müvafiq seçimi edin.

© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

14

background image

İşarə:Hətta əlcəklərinizi geyinərkən telefonunuzdan istifadə edə bilərsiniz. Başlama

ekranında, ekranın yuxarısından aşağı çəkin, Bütün parametrlər > toxunuş

toxunun və Toxunuş həssaslığı seçimini Yüksək seçiminə dəyişin. Həssas toxunuş

bütün telefonlar tərəfindən dəstəklənmir. Mümkünlük üçün www.microsoft.com/

mobile/support/wpfeatures ünvanına daxil olun.

Elementi çəkmək üçün ona vurub saxlayın

Barmağınızı bir-iki saniyə elementin üzərində saxlayıb, sonra ekranda sürüşdürün.

Sürüşdürmə

Barmağınızı ekrana qoyun və onu istədiyiniz istiqamətdə sürüşdürün.

© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

15

background image

Nümunə: Başlanğıc ekranı və ya proqramlar menyusuna və ya mərkəzlərdə müxtəlif

görünüşlərə keçmək üçün sola və ya sağa sürüşdürün. Uzun siyahı və ya menyunu sürətlə

nəzərdən keçirmək üçün barmağınızı ekrana vuraraq yuxarı və ya aşağı hərəkət etdirin

və çəkin. Sürüşdürməni dayandırmaq üçün ekrana vurun.

Böyütmək və ya kiçiltmək

2 barmağınızı elementin, məsələn, xəritə, şəkil və ya veb-səhifənin üzərinə qoyaraq

barmaqlarınızı bir-birindən ayırın və ya bir-birinə yaxınlaşdırın.

© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

16

background image

Mühüm: Ekranın cızılmasının qarşısını alın.

İşarə:Telefonu 90 dərəcə çevirdiyinizdə ekran avtomatik fırlanır. Ekranı öz yönümündə

kilidləmək üçün başlama ekranında ekranın yuxarısından aşağı çəkin, Bütün

parametrlər > Ekranın döndərilməsi seçiminə toxunun. Döndərmə kilidi seçimini

Aktiv

kimi dəyişin. Ekranın döndərilməsi bütün proqram və ya görünüşlərdə

işləməyə bilər.