 
Simsiz qulaqlığı qoşmaq
Simsiz qulaqlıq ilə (ayrıca satılır) telefonunuzla əlinizdən istifadə etmədən danişa bilərsiniz – 
əlinizdəki işə, məsələn, kompüterdə işləməyə davam edə bilərsiniz.
Bluetooth simsiz texnologiyaya malik cihazlar radio dalğalardan istifadə edərək əlaqə 
yaratdığından onları yanaşı saxlamağa ehtiyac yoxdur. Buna baxmayaraq Bluetooth cihazları
arasında məsafə 10 metr (33 fut) olmalıdır, lakin divarlar və ya digər elektron cihazlar
bağlantıya mane ola bilər.
Bluetooth yanlı olduqda cihazlar telefonunuza qoşula bilər. Digər cihazlar yalnız Bluetooth 
parametrlər görünüşü açıq olduqda telefonunuzu aşkarlaya bilər.
Naməlum cihazlara qoşulmayın və ya onların bağlantı təkliflərini qəbul etməyin. Bu, cihazınızı 
zərərli məzmundan qorumağa kömək edir.
Başlama ekranında ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > Bluetooth 
toxunun.
1. Status seçimini Aktiv 
kimi dəyişin.
© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
127
 
2. Qulaqlığın işlək vəziyyətdə olduğunu yoxlayın.
Siz qulaqlıqda qoşulma prosesini aktivləşdirməli ola bilərsiniz. Təfərrüatlar üçün qulaqlığın 
istifadəçi təlimatlarına baxın.
3. Telefonunuzu və qulaqlığı qoşmaq üçün aşkarlanan Bluetooth cihazlarının siyahısında 
qulaqlığa toxunun.
4. Parolu daxil etməniz tələb oluna bilər. Təfərrüatlar üçün qulaqlığın istifadəçi təlimatlarına
baxın.
İşarə:Bu bağlantı göstərişləri həm də digər Bluetooth aksesuarlarına aiddir.
Qulaqlıqla əlaqəni kəsin
Siyahıda qoşulmuş qulaqlığa toxunun.
Siz qulaqlığı yenidən yandıranda, bağlantı avtomatik açılacaqdır. Qoşmanı silmək üçün 
Bluetooth cihazları siyahısında olan qulaqlığa toxunub saxlayın və Sil seçiminə toxunun.